F-1.az xatırladır ki, “göllər ölkəsi” çoxlu ralli və Formula1 sürücüləri yetişdirsə də, heç vaxt Formula1 yarışlarını qəbul etməyib.
Hazırda Finlandiyanın paytaxtı Helsinkidə The Kymi Ring trasının tikintisi davam edir. Məsullar isə trasın Formula1 üçün əlverişli olub-olmadığını yoxlayırlar. Tras artıq 2018-ci il MotoGP təqviminə daxil edilib və gözünü Formula1-ə dikib.
Yuhani Pakari: “MotoGP müqaviləsindən sonra trası Formula1 yarışları üçün əlverişli vəziyyətə gətirəcəyik. Bundan sonra təqvimə daxil olmaq üçün danışıqlara başlayacağıq. Ümid edirəm ki, işlər qaydasında gedər”.