FİM və Honda Rossi ilə Markes arasındakı insidentin məlumatlarını yaymayacaq

FİM prezidenti Vito İppolito verdiyi açıqlamada bildirib ki, Rossi və Markes arasında olan insidentin telemetriya məlumatlarının yayılmaması doğru qərardır...

F-1.az xatırladır ki, MotoGP üzrə 2015-ci il mövsümünün Malayziya yarışında Rossi və Markes arasında insident olub və bundan sonra Rossiyə cəza verilib. Bu cəzaya görə italyan sürücü sonuncu yarış olan Valensiya QP-nə sonuncu yerdən start alıb və çempionluğu yarışda əldən verib.

Malayziya yarışından sonra Honda komandası Rossini Markesə təpik atmaqda ittiham edib.

FİM prezidenti Vito İppolito qəzaya aid olan telemetriya məlumatlarını araşdırdıqlarını, amma yaymayacaqlarını deyib: “Valensiya yarışında Honda bizə bildirdi ki, telemetriya məlumatları onlardadır. Hazırda bu məlumatlar bizdədir. Honda və FİM bir yerdə qərara aldıq ki, qəza məlumatları yayılmasın.

Biz razılaşırıq ki, Valentino Rossi mövsümün sonunda polemikalarla mübarizə apardı. Buna görə də bu hadisə ilə əlaqəli olan hamıyla danışdıq və Sepanqda baş verən hadisələrə qarışmamaq qərarı aldıq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*