Biz Fiat Chrysler konserninin Ferrari şirkətini konsernin strukturundan çıxarmaq və Nyu York əmlak birjasında səhmlərinin satışına başlamaq fikrində olmasından artıq yazmşdıq. Bloomberg agentliyi bu gün bildirib ki, konsernin başçısı Sercio Markionne Ferrari-ni elə bu il satmaq fikrindədir – əgər bu plan baş tutarsa, Fiat Chrysler konserni 14 milyard dollar qazana bilər.
Amma maraqlıdır ki, Fiat Chrysler konserninin ən böyük səhmdarı olan Anyeli ailəsi Ferrari-nin satışından sonra da bu brendə nəzarəti əlində saxlamaq istəyir. Konsern Ferrari-ni satmaqla yenidən təşkilatlanma keçirmək və ilk növbədə Asiya bazarını ələ keçirmək istəyir.
F-1.az bildirir ki, Sercio Markionne Fiat Chrysler-in qarşısına iddialı planlar qoyub: 2018-ci ilə qədər konsern maşın satışını 60% artıraraq ildə 7 milyon ədədə çatdırmalıdır. Bu plan çərçivəsində 57 milyard dollar sərmayə tələb edən proqram hazırlanıb. Ferrari-nin satılması bu planın realizəsinin bir addımıdır…