FİA yenidən restart qaydalarını dəyişib

Avstraliyada yarış üç dəfə qırmızı bayraqlarla dayandırılmış, sürücülər üç dəfə yenidən start almışdlar və təhlükəsizlik maşınının sürətinin yetərincə olmamasından şikayətlənmişdilər.

F-1.az xəbər verir ki, şikayətin əsas məğzi TM trasda olarkən təkərlərin isinməsinə imkan olmaması və yekunda restart zamanı bir çox insidentlərə səbəb olmasıdır.

Sürücülərə təkərləri qızdırmaq üçün vaxt və məkan vermək üçün Bakıda təhlükəsizlik maşınının restartdan 30 saniyə əvvəl trasa buraxılması ilə bağlı müvəqqəti qərar verildiyini yazmışdıq. Mayamidə bu interval 60 saniyəyə qədər artırılıb ki, hamı düzgün sürətlə hərəkət edə bilsin, təkərləri qızdırsın və yerindən start üçün start meydançasına düzülə bilsin.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*