F-1.az bildirir ki, FİA prezidenti artıq tabeliyində olan qurumlara müvafiq əmr də verib.
Muhamməd bin Sulayem: “Mən FIA-dakı komandamdan Formula1-də yarışmaq istəyən potensial yeni komandalarla maraqlandığımızı elan etmək üçün prosseslər üzərində düşünməyi xahiş etmişəm”.
FİA hələ ki, Sulayemin açıqlamasını ətraflı şərh etməyib. Son illərdə amerikalı iş adamı Maykl Andretti öz komandası ilə Formula1-də yarışmaq üçün çox fəal görünür. Yeni il bayramlarına az qalmış Andretti Global layihəsinin yaradıcısı FİA-dan gələn xəbərlərə nikbin baxırdı…