FİA: Williams və Caterham maşınları qaydalara uyğun deyillər

Bu gün Barselona testlərinə FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq də baş çəkib. Williams və Caterham komandalarının mövsümə hazırladıqları yeni maşınlarına […]

Bu gün Barselona testlərinə FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq də baş çəkib. Williams və Caterham komandalarının mövsümə hazırladıqları yeni maşınlarına baxış keçirdikdən sonra, Uaytinq rəsmən bildirib ki, maşınların qazburaxma sistemi reqlamentin tələblərinə cavab vermir.

Hər iki komanda hələlik yaranmış vəziyyəti təhlil edir…

Williams komandasının nümayəndəsi bildirib ki, “komanda bu gün səhər FİA ilə müzakirə aparıb və FİA-nın məsələyə mövqeyini eşidib. Biz federasiyadan təfərrüat və izahat gözləyirik, yalnız bundan sonra mövsümün birinci yarışında belə bir konfiqurasiyadan istifadə edib-etməmək qərarını qəbul edəcəyik.”

Caterham komandasının nümayəndəsi isə şərh verməkdən imtina edib: “Testlərdə biz sadəcə müxtəlif qərarların effektliyini yoxlayıb müqayisə edirik…”

Çox güman ki, Melburnda biz hər iki maşında fərqli qazburaxma sistemini görəcəyik…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*