FİA WEC mövsümü avqustda yenidən başlayacaq

FİA Dünya Dözümlülük Çempionatının (WEC) təşkilatçıları 2020-ci il mövsümü üçün koronavirus epidemiyası səbəbiylə yenilənmiş təqvimini dərc ediblər.

F-1.az bildirir ki, təşkilatçıların yaydığı bəyanatda zəruri hallarda təqvimin yenidən işlənə bilməsi ayrıca vurğulanıb, lakin hazırda mövsümün sonuna qədər iştirakçıları üç mərhələ gözləyir: avqustun 15-də Spada 6 saatlıq, sentyabrın 20-də Le Manda 24 saatlıq və noyabrın 21-də Bəhreyndə 8 saatlıq marafonlar

Jerar Neve, WEC-in rəhbəri: “Qlobal böhranın inkişafı bizə seçim qoymayıb. Bu gün tam məlumdur ki, dünyada avqusta qədər kütləvi idman tədbirlərini keçirmək mümkün deyil, buna görə də təqvimdə vacib olan yarışları mövsümün sonuna qədər saxlamağa çalışdıq.

Buna baxmayaraq, növbəti mövsümdə əhəmiyyətli dəyişikliklərə hazır olmalıyıq, çünki iqtisadi çətinliklərdən başlayaraq bir çox parametrləri nəzərə almalı olacağıq.

Hazırda əsas prioritet sağlamlıqdır. Ümid edirik ki, gələcək həftələrdə hamı özünə və yaxınlarına qayğı göstərməyə davam edəcəkdir…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*