F-1.az xəbər verir ki, topluda FİA-nın maşınların yellənməsi problemini həll etmək üçün görəcəyi tədbirlər sadalanıb. Xatırladaq ki, vertikal yellənmə sürücülərin həddindən artıq fiziki stressə məruz qalmasına səbəb olub və xüsusən də Bakıda sürücülərə daha güclü təsir edib.
Açıqlamaya görə, FİA bilavasitə maşının altlığını təşkil edən lövhə və dayaqların öyrənilməsinə daha çox diqqət yetirəcək – məsələ həm onların konstruksiyasına, həm də elementlərin aşınmasına aid olacaq.
Həmçinin, FİA bolidin vertikal yellənməsinin sürətlənməsinə dair məlumatlar əsasında hesablanacaq müəyyənedici göstərici formalaşdıracaq. Bu göstəriciyə görə maşının vertikal yellənməsinə icazə verilən kəmiyyət həddi müəyyən ediləcək. Bu rəqəmləri müəyyən etmək üçün dəqiq riyazi düsturun formalaşması artıq yekunlaşmaq üzrədir və FİA komandalara proses üzərində işləməyə kömək olmalarını təklif edib.
Bu qısamüddətli tədbirlərə əlavə olaraq, FİA komandalarla texniki görüş keçirərək, gələcək perspektivdə maşınların yellənməyə meylini azaltmaq üçün tədbirləri müəyyən edəcək.