FİA və FOTA: Kompromis yoxsa alternativ seriya?

Silverstounda FİA və FOTA konfliktinə aid olan yalnız bir bəyanat eşidildi, amma bəyanat çox vacib idi – səkkiz komanda alternativ […]

Silverstounda FİA və FOTA konfliktinə aid olan yalnız bir bəyanat eşidildi, amma bəyanat çox vacib idi – səkkiz komanda alternativ çempionatın təşkil olunması barədə elan etdilər. İnkar etdiklərini gerçəkləşdirdilər, həm də bir çoxları hesab edir ki, bu bəyanat uzanmış mübahisədə növbəti arqument deyil, məhz real plandır.

Bəyanat birmənalı qarşılanmayıb. Sponsorlar və komandaların tərəfdaşları hələlik şərh verməkdən çəkinirlər, amma BBC-nin baş direktoru Mark Tompson Silverstounda həyəcanlı görünürdü – şirkət Britaniyada Formula1-in yayımına elan olunmuş tenderdə qalib gəlib, ciddi maliyyə yatırımı edib və bu il İTV-dən estafeti qəbul edib, ümid edir ki, xərclərini tezliklə geri qaytaracaq.

Maks Mosli Qran Priyə baş çəkib, mətbuatla aktiv söhbətləşib, jurnalistlərə Ekklstounun “əgər komandalar beşillik müqavilə imzalasalar, onda büdcənin məhdudlaşdırılması prinsipi təxirə salına bilər” çıxışını bir neçə dəfə izah etməli olub: “Komandalar yox, avtoistehsalçılar. Bəli, bu halda biz həqiqətən məhdudlaşdırma prinsiplərindən əl çəkə bilərik.”

FOTA ilə rəsmi danışıqlar aparılmayıb, amma Mosli və Ekklstoun Mercedes-in motorhoumunda uzun vaxt keçiriblər, sonra isə digər şirkət və komandaların nümayəndələri ilə ayrılıqda görüşüblər. Mütəxəssislər hesab edirlər ki, həlledici faktor FİA və FOM-un Ferrari-yə qarşı qaldırdığı iddiaya İsveçrə məhkəməsinin cavabı olacaq, əgər məhkəmə komandanın tərəfini tutsa, onda FOTA danışıqlarda ciddi üstünlük qazanacaq. Amma nə qədərki qərar qəbul olunmayıb FOTA və komandaların nümayəndələri Moslinin bəyanatını şərh ediblər…

Flavio Briatore, Renault: “Biz sözümüzü demişik, FOTA-nın mövqeyi elan olunub – biz alternativ çempionatın təşkili üzərində işləyirik və yaxın həftələrdə maraqlı tərəflərlə danışıqlar aparacayıq. Son iki gündə bizim üçün heç nə dəyişməyib, bizi FOTA-nın təşkil etdiyi Formula1 lazımdır.”

Con Hauett, Toyota: “Biz ictimaiyyət tərəfindən görünməz dəstəyi hiss edirik, FOTA yeni çempionatın təşkilinə hazırlıq barədə bəyanat verib və biz bu məqsədə doğru gedirik. Komandalar FİA ilə kompromisə nail olmaq üçün çoxsaylı güzəştlərə getdilər, indi isə hər şey federasiyanın mövqeyindən asılıdır.”

Martin Uitmarş, McLaren: “İnanmıram ki, bundan sonra kompromis mümkün olsun. Biz hadisələrin inkişafını izləyirik, amma indi əsas odur ki, ən yaxşı çempionatda birgə mübarizə üçün komandalar həmrəy olsunlar. Gələn həftə FOTA vacib görüşlər planlaşdırır, biz traslarla danışıqlara və yeni çempionatın planlaşdırılmasına başlayırıq.”

Yaxın günlərdə vəziyyət dəyişə bilər – çərşənbə günü FİA-nın Ümumdünya Şurasının iclası keçəcək, səhəri gün isə FOTA-nın toplantısı. Almaniya Qran Prisinə kimi üçhəftəlik fasilə Formula1 tarixində vacib rol oynaya bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*