FİA-nın mətbuat xidməti bu gün çox vacib bir mövzuda qısa bir mətbuat relizi dərc edib – uzun sürən danışıqlardan sonra Berni Ekklstoun və Jan Todt yaxın günlərdə imzalanacaq yeni Razılıq Müqaviləsinin şərtləri üzrə razılaşma əldə ediblər.
Relizdə deyilir: “Formula 1 Group və FİA 2013-cü ilin Razılıq Müqaviləsinin strukturu və realizəsi üzrə razılaşma sənədi imzalayıblar, yaxın həftələrdə Müqavilənin tərəflərin rəhbərləri tərəfindən rəsmi imzalanması gözlənilir. Müqavilə imzalanandan sonra əlavə məlumatlar veriləcək…”