F-1.az xəbər verir ki, Stoffelin maşınına Honda motorunun ən yeni versiyası quraşdırılıb – yaponlar güc qurğusunda etdikləri dəyişikliklərin müsbət nəticə verəcəyinə çox inanırlar. Alonso əvvəlki versiya ilə mübarizə aparacaq. Lakin Honda-da inanırlar ki, iki versiya arasında fərq kəskin olmayacaq.