Keçən həftə FİA-nın avtoidman üzrə Ümumdünya Şurasının qəbul etdiyi düzəlişlərdən biri də trasda sürücülərin mübarizəsinin daha ciddi cəzlandırımasına aiddir. Mövsümün gedişində baş vermiş bir neçə parlaq epizoddan sonra – Macarıstanda Mixael Şumaherin Rubens Barrikello ilə mübarizəsini yada salmaq kifayətdir – bu məsələyə xüsusi diqqət ayrılıb…
İdman reqlamentinin yeni variantı aşağıdakı kimi dəyişdirilib:
20.2 – Digər sürücüyə mane ola biləcək istənilən manevr qadağan olunur – öz mövqeyinin müdafiəsi zamanı trayektoriyanın bir dəfədən çox dəyişdirilməsi, avtomobilin trasdan qəsdlə çıxarılması və ya trayektoriyanın hər hansı bir digər anormal dəyişdirilməsi.
20.3 – Sürücülər daim trasda qalmalıdırlar. Trasın kənarındakı ağ zolaq trasın bir hissəsi sayılır, porebrik isə tras sayılmır. Əgər maşının bütün dörd təkəri trası tərk edibsə, sürücü trasdankənar hesab olunur. Əgər belə bir vəziyyət müəyyən səbəblər üzündən baş verərsə, sürücü trasa qayıtmaq hüquqna malikdir – amma o bunu təhlükəsiz və heç bir üstünlük qazanmadan etməlidir.
20.4 – Bir dövrə geri qalmış sürücü ilk mümkün vəziyyətdə daha sürətli sürücünü buraxmalıdır, əgər o bunu etməsə, onda ona mavi bayraqlarla işarı olunacaq. Əgər sürücü mavi bayraqlara məhəl qoymasa, bu barədə yarışın hakimlərinə xəbər verilməlidir.
Dəyişiklikləri təhlil etsək görərik ki, yeni reqlament ötmələrin sayını artıracaq, çünki artıq sürücülər öz mövqelərinin müdafiəsi zamanı çox sərt manevrlərdən istifadə edə bilməyəcəklər…