FİA tras rəhbərlərinə yeni maşınlarla bağlı xəbərdarlıq edib

Bu mövsüm maşınlar reqlamentə əsasən yenilənmiş aerodinamikaya və daha enli təkərlərlə daha çox asfaltayatma qüvvəsinə sahib çıxacaqlarına görə, daha sürətli olacaqlar.

F-1.az xəbər verir ki, FİA-nın təhlükəsizlik məsələləri üzrə direktoru Loran Mekis mövsüm başlamamışdan traslarda bəzi dəyişikliklərin aparılmasının vacib olduğunu bildirib.

Loran Mekis: “Hər bir komandadan yeni maşınlarla bağlı simulyator nəticələrini bizə vermələrini istədik və onların göndərdiklərini öz simulyator proqramımıza yüklədik. Hər bir trası yeni maşınlara uyğun qiymətləndirdik və döngələrdə sürətin nə qədər artdığını gördük.

Hər bir tras rəhbərliyi FİA-dan aparılmalı olan yeniliklərlə bağlı məlumatlar alıb və almaqda davam edir. Təqvimə uyğun ardıcıllıqla getdiyimizdən, hələ bütün traslar bizdən məlumat almayıb”.

Biz xəbər vermişdik ki, Albert Park trasının rəhbərliyinə bəzi dəyişikliklərin vacibliyi barədə məlumat verilib və trasda artıq dəyişikliklər edilib.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*