FİA təkər təchizatına tender elan edib

FİA Formula1 yarışlarını təkərlər təchiz etmək üçün rəsmən tenderə start verib. Cari təchizatçı olan Pirelli şirkəti ilə olan müqavilə 2016-cı […]

FİA Formula1 yarışlarını təkərlər təchiz etmək üçün rəsmən tenderə start verib. Cari təchizatçı olan Pirelli şirkəti ilə olan müqavilə 2016-cı ilin sonunda başa çatır, amma federasiya 2017-2019-cu illərdə təchizatçının kimliyinə daha tez aydınlıq gətirmək istəyir.

Potensial namizədlər iyunun 17-dək ərizə ilə müraciət edə bilərlər. Bir aydan sonra onların siyahısında FİA-nın texniki və təhlükəsizlik tələblərinə cavab verən şirkət seçiləcəklər. Ondan sonra isə yeganə qalibin adı elan olunacaq – təchizatçı əvvəlki kimi Formula1-də eksklüziv iş hüququna malik olacaq.

Tenderdə maraqlı məqam isə FİA-nın namizədlərə xüsusi tələbindədir: “Hazırda təkər disklərinin diametri 13 düymə olsa da, gələcəkdə daha böyük diametrli təkərlərin istifadəsinə keçid istehsalçı üçün əngəl olmamalıdır”.

F-1.az xatırladır ki, bu tələb Michelin şirkətinin Formula1-ə qayıtmasına yol açır, çünki fransalı təkər ustaları çoxdan çempionata qayıtmaq istəyirlər, amma əsas şərt kimi özlərinin marketinq siyasətlərini yürüdürdülər, yəni ən azı diamteri 18 düymə olan təkərlər keçməyə üstünlük verirdilər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*