FİA təkər təchizatçıları arasında tender elan edib

Federasiya F1, F2 və F3 seriyalarını 2025-2027-ci illərdə təkərlə təchiz edəcək şirkət axtarır və müqavilənin sonradan daha bir il uzadılmasını da nəzərdə tutur.

F-1.az bildirir ki, yeni müqavilədə üstünlük ekoloji aspektlərə lazımi diqqət yetirən istehsalçıya veriləcək.Federasiya yarış şinləri istehsalçılarını tenderdə iştirak etməyə dəvət edir, onun qalibi bu üç seriya üzrə eksklüziv təchizatçı olacaq. Tenderdə iştirak üçün ərizə qəbulu martın 20-dən başlayıb.

Nəşr edilmiş press-relizdə bildirilir ki, təkərlərin əsas xüsusiyyətləri hazırda istifadə edilənlərlə eyni qalacaq. Parametrlər kommersiya hüquqlarının sahibləri, eləcə də Formula1 komandaları ilə razılaşdırılmalıdır. İlk növbədə, söhbət müəyyən iş diapazonundan, həddindən artıq qızma riskini və deqradasiya səviyyəsindən gedir. Bununla belə, müxtəlif taktiki sxemlər üçün ilkin şərtlərin yaradılması kimi amil də nəzərə alınacaqdır.

Təkər ölçüləri dı dəyişməz qalacaq. Kütləvi istehsal olunan avtomobil modelləri üçün də bu ölçüdə təkərlər kütləvi istehsal edikir. Tenderin şərtlərindən biri də məcburi ekoloji qiymətləndirmədir – gələcək təchizatçı Formula1-də istifadə edilən təkərlərin ətraf mühitə mümkün təsirlərini təhlil etməlidir. Tenderdə qalib gəlmək üçün istehsalçı bütün bu prossesi necə təşkil etməyi planlaşdırdığını nümayiş etdirməlidir.

Tələb olunan texnoloji yeniliklər arasında texniki baxış zamanı təkərləri effektiv şəkildə müəyyən etmək üçün lazım olan elektron markalama sistemi də var. Tenderin qalibinin F2 və F3 üçün də təkər tədarükçüsü olacağı güman edilir. Əgər Formula1 üçün nəzərdə tutulan təkərlərə texniki tələblər artıq təsdiqlənibsə, aşağı seriyası üçün parametrlər yaxın iki həftə ərzində müəyyən ediləcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*