FİA təcili iclasa toplaşır

Bu gün axşam FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclası keçiriləcək.

F-1.az xəbər verir ki, iclasda Ukraynadakı hadisələrlə bağlı vəziyyət müzakirə olunacaq.

“Ukraynada davam edən böhranla bağlı məsələləri müzakirə etmək üçün Ümumdünya Şurasının növbədənkənar iclası çağırılacaq. Əlavə məlumat görüşdən sonra veriləcək”, – deyə FİA-nın mətbuat xidməti qısa mesajda bildirib.

Bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına və yarış təşkilatçılarına Rusiya və Belarus idmançılarının yarışlara buraxılmamasını tövsiyə edib. Rusiya və ya Belarus vətəndaşları “neytral idmançı” kimi qəbul edilməlidirlər.

FİA 2013-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*