FİA sürücülərin siyasi bəyanatlar verməsini qadağan edib

FİA-nın yenilənmiş Beynəlxalq İdman Məcəlləsi sürücülərə federasiyanın əvvəlcədən icazəsi olmadan öz siyasi mövqelərini açıq şəkildə ifadə etməyi və yarış çərçivəsində müvafiq bəyanatlar verməyi qadağan edib.

F-1.az xəbər verir ki, Lyuis Həmilton və Sebastyan Fettel dəfələrlə üzərində bu və ya digər şüar olan köynəklərdə paddokda görünüblər və hətta podiuma qalxıblar. FİA-nın fikrincə, bu cür hərəkət “FİA tərəfindən irəli sürülən ümumi neytrallıq prinsipinin pozulması” səbəbindən qəbuledilməzdir. Gələcəkdə bunu etmək üçün əsasnamələrə uyğun olaraq, beynəlxalq yarışlar üçün FİA-dan, milli yarışlar üçün yerli federasiya tərəfindən yazılı şəkildə əvvəlcədən təsdiq edilmiş icazə alınmalıdır.

FİA-nın bayrağı altında hər hansı yarışda rəsmi mərasimlər zamanı şəxslərin təyin edilməsi və iştirakı ilə bağlı FİA təlimatlarına əməl edilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək.

Bundan əlavə, “ədəbsiz davranış” anlayışı genişləndirilib. Yarışçılara “digər rəqibləri təhqir edən, kobud və ya təhqiredici və ya alçaldıcı kimi qəbul edilə bilən dil (yazılı və ya şifahi), jest və ya işarələrdən istifadə etmək” qadağandır.

FİA-nın nizamnaməsinə görə, idarəetmə orqanı insan hüquqlarının və insan ləyaqətinin qorunmasına yardım etməli və irqi, rəngi, cinsi, oriyentasiyası, etnik və ya sosial mənşəyi, dili, dini, fəlsəfi və ya siyasi mənsubiyyətinə görə, baxışları, ailə vəziyyəti və ya əlilliyi ilə bağlı ayrı-seçkilikdən, fəaliyyətləri zamanı və bununla bağlı hər hansı bir tədbir görməkdən çəkinməlidir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*