F-1.az xatırladır ki, FİA Avstraliya QP-dən əvvəl qərara gəlmişdi ki, dəbilqələrdən çıxarılan vizor plyonkaları trasa atılmasın. Ancaq komandalar buna etiraz edəndən sonra, FİA bu qadağanı əvvəlcə İspaniya QP-yə, daha sonra isə Monako QP-yə qədər təxirə salmışdı.
İspaniya QP-dən sonra bu plyonkaların sürücü kabinəsində və ya kombinezonda saxlamaq ideyaları verilsə də, komandalar bu ideyalarla razılaşmayıblar.
Komandalar çərşənbə günü FİA-nın nümayəndələri ilə görüşərək bildiriblər ki, əgər yanğın çıxsa, plyonkalar yanaraq, sürücülərə zərər verə bilərlər.
Formula1-in yarış direktoru Çarli Uaytinq həftənin 4-cü günü sürücülərlə keçirdiyi birifinqdə bu mövzunu müzakirə edib və belə qərara alınıb ki, vizor plyonkalarının sürücü kabinasında qalması trasa atılmasından daha təhlükəlidir.
Uaytinq iclasdan sonra sürücülərdən xahiş edib ki, sürücülər istifadə etdikləri plyonka sayını azaltsınlar. Çarli Uaytinq bundan başqa bildirib ki, sürücülər vizor plyonkalarını trasda və ya pit yolunda çıxarıb atsalar, onlar barədə araşıdrma aparılmayacaq və neçə ədəd plyonka istifadə edəcəyi də sürücünün istəyinə bağlı olacaq.