F-1.az xəbər verir ki, dəfələrlə belə olub ki, sıralanma turunun finalında ilk sürətli dövrədə əla nəticə nümayiş etdirən sürücü ikinci cəhddə kiçik qəzaya düşüb və rəqiblərin sürətli dövrəsini korlayıb.
Bəzi sürücülər israr edirlər ki, FİA finalda ilk sürətli dövrə nəticəsini ikinci cəhdini qəza ilə başa vurduğu halda, ləğv etməlidir. Belə bir qayda hələ qəbul edilməyib, lakin Monakoda Karlos Sayns bildirib ki, FİA təsnifat mərhələsində hər hansı insidentin səbəblərini diqqətlə nəzərdən keçirəcək.
Karlos Sayns: “Sürücülər bu düzəlişi fəal şəkildə təbliğ edirlər, çünki ilk cəhddə start düzümünün birinci cərgəsində düşmüsənsə, ikinci cəhddə qalanlardan daha az itirəcəksən.
FİA artıq Bakıda bizə bildirmişdi ki, hər hansı belə insident xüsusi diqqətlə nəzərdən keçiriləcək və ən azı qismən məqsədyönlü hesab edilərsə, nəticələrə yenidən baxılacaq. Bunun qəsdən edilib-edilmədiyini necə biləcəkləri bəlli deyil”.