FİA Sepanqda ötmə zonasını artırmaq niyyətindədir

Avstraliya Qran Prisinin gedişində toplanmış məlumatı təhlil etdikdən sonra FİA Malayziya trasında sürücülərə arxa antiqanadın üstünlüklərindən istifadə etməyə icazə verilən […]

Avstraliya Qran Prisinin gedişində toplanmış məlumatı təhlil etdikdən sonra FİA Malayziya trasında sürücülərə arxa antiqanadın üstünlüklərindən istifadə etməyə icazə verilən ötmə zonasının uzunluğunu artırmaq niyyətindədir.

Federasiyanın ekspertləri və komandalar əvvəldən bilirdilər ki, maşının hava qarşı müqavimətini azaldan sistemin (DRS) Melburnda effektliyi az olacaq, çünki Albert Parkda start-finiş düzlüyü kifayət qədər uzun deyil.

Britaniyalı jurnalist Adam Kuperin əldə etdiyi məlumata görə, FİA hesab edir ki, 600 metrlik uzunluq sistemin effektiv işi üçün kifayət deyil, ona görə də Sepanqda bu zona uzadılacaq. Hələlik dəqiq məlumat yoxdur, amma 700 metr yaxşı variantdır.

Nəzərə almaq lazımdır ki, Melburnda sonuncu döngədən çıxan və qaz pedalını döşəməyə sıxan nöqtədən düz yolun sonunda əyləc pedalı basılan nöqtəyə qədər məsafə elə 600 metrdir, amma Albert Parkda DRS sistemini aktivləşdirməyə icazə verilən ümumi uzunlu 867 metr idi.

Sepanqda ötmə zonası döngədə deyil, start-finiş düzlüyünün özündə başlayacaq və FİA-nın ekspertlərinin fikrincə, ötmə üçün əlverişli şərait olacaq. Ehtimal etmək olar ki, Şanxayda da ötmə zonası əvvəl nəzərdə tutulduğu kimi arxa yolda deyil, məhz start-finiş düzlüyündə təşkil olunacaq.

Avstraliya Qran Prisindən əvvəl FİA-nın yarış direktoru Çarli Uaytinq ötmə zonalarının təşkilində FİA-nın mövqeyini izah edib: “Biz komandalarla birlikdə bu zonanın 600 metr uzunluqda olmasını nəzərdən keçirmişdik. Kompyuterdə simulyasiyalar göstərirdi ki, bu məsafə kifayət etməli idi.

Biz start-finiş düzlüyünü tamamilə bu zonaya vermək istəmirdik, çünki düzlüyün uzunluğu müxtəlif traslarda fərqlidir. Hər şeydən az biz istəyirdik ki, ötmələr asanlaşmsaın. Biz elə bilirdik ki, tam qazla gedərkən 600 metr məsafə ötməyə kifayət edəcək.

FİA həmişə qeyd edib ki, trasdan trasa bu dəyişəcək. Ona görə də biz Barselona testlərindən sonra kompyuterlərdə simulyasiyan davam etdirdik və bildiyiniz qərara gəldik, yarışa bir həftə qalmış trasın xəritəsini bütün komandalara göndərdik.”

Uaytinq qeyd edib ki, mövsümün gedişində FİA bəzi traslarda DRS üçün əlavə zonalar da tətbiq edə bilər: “Sözsüz ki, biz bu məsələni nəzərdən keçirəcəyik. Amma məsələ mürəkkəbdir, çünki maşınlar arasında intervalın ölçülməsi nöqtəsini, sürücünün sistemi aktivləşdirməyə icazə aldığı nöqtəni və düz yolda sürücünün sistemi aktivləşdirdiyi nöqtəni dəqiq təyin eləmək lazımdır.

Əvvəlcə biz əmin olmalıyıq ki, hər şey normal işləyir və əgər nəticə pozitiv olarsa, onda DRS-in tətbiqi problem olmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*