FİA Şanxay avtodromunu təftiş edib

2019-cu ildə sonuncu dəfə Şanxay avtodromunda Çin Qran Prisi baş tutub, ondan sonra Formula1 koronavirus pandemiyası səbəbindən bu ölkəyə getməyib.

F-1.az xəbər verir ki, pandemiya zamanı ölkədə ciddi problemlər baxmayaraq, avtodromun təqvimə qaytarılması ilə bağlı mərhələnin promouterləri ilə çempionatın rəhbərliyi arasında daim əlaqə saxlanılıb.

Şanxay yarışı 2023-cü ilin aprelində baş tuta bilərdi, lakin ölkədə fəaliyyətini davam etdirən məhdudlaşdırıcı tədbirlərə görə, 2022-ci ilin dekabrında mərhələnin ləğvinə qərar verilmişdi. Bununla belə, F1 rəhbərliyinin fikrincə, Çin Qran Prisi növbəti mövsüm Formula1-ə qayıtmalıdır.

Qarşıdan gələn qayıdışın bir hissəsi olaraq, FİA yoxlaması Şanxaydakı trasa baş çəkib və Formula1 mərhələlərinə ev sahibliyi etmək hüququ verən 1-ci dərəcəli lisenziyanı (Grade 1) rəsmən bir daha təsdiqləyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*