F-1.az bildirir ki, idman reqlamentindəki dəyişikliklər aşağıdakı məqsədləri güdüb:
1. Yarış həftəsonlarında olduğu kimi testlər zamanı da yanacaqla işə nəzarətin yüksək səviyyəsinə əminlik;
2. Bir neçə cərimənin tətbiq olunduğu vəziyyətlərdə start düzümünün formalaşmasının asan və başa düşülən olmasına əminlik;
3. Təhlükəsizlik maşını pit-leynə qayıtdıqdan sonra sarı bayraqlar altında maşınların məhdudiyyət xəttini keçməsinə nəzarət edilməsi;
4. 2021-ci ilin yeni reqlamentinə müvafiq olan yeni maşınların hazırlanması üçün CFD tədqiqatların və hesablamaların artırılması.
Ümumdünya Şurası texniki reqlamentdə aşağıdakı dəyişiklikləri təsdiq edib:
1. Ön antiqanadla bağlı olan 3-cü Maddə daha aydın şəkildə izah edilsin;
2. 4-cü Maddəyə düzəliş edilsin – maşının çəkisi 740 kq-dan 743 kq-a artırılsın.
Ümumdünya Şurası reqlamentdəki konkret dəyişikliklər haqqında daha geniş məlumatı yaxınlarda dərc edəcək.
2019-cu il mövsümünün təqvimi
Tarix | Qran Pri | Şəhər |
15-17 mart | Avstraliya | Melburn |
29-31 mart | Bəhreyn | Saxir |
12-14 aprel | Çin | Şanxay |
26-28 aprel | Azərbaycan | Bakı |
10-12 may | İspaniya | Barselona |
23-26 may | Monako | Monako |
7-9 iyun | Kanada | Monreal |
21-23 iyun | Fransa | Le Kastelle |
28-30 iyun | Avstriya | Şpilberq |
12-14 iyul | Böyük Britaniya | Silverstoun |
26-28 iyul | Almaniya | Hokkenhaym |
2-4 avqust | Macarıstan | Budapeşt |
30 avqust-1 sentyabr | Belçika | Spa |
6-8 sentyabr | İtaliya | Montsa |
20-22 sentyabr | Sinqapur | Sinqapur |
27-29 sentyabr | Rusiya | Soçi |
11-13 oktyabr | Yaponiya | Suzuka |
25-27 oktyabr | Meksika | Mexiko |
1-3 noyabr | ABŞ | Ostin |
15-17 noyabr | Braziliya | San Pulu |
29 noyabr-1 dekabr | Əbu Dabi | Əbu Dabi |