F-1.az xatırladır ki, Ferstappen rəqibi Lekleri keçərkən iki sürücü arasında təmas yaşanıb və stüardlar hadisəni araşdırıb. Lakin qərar 3 saatdan sonra açıqlanıb.
Maykl Masi: “Saat 6-ya qədər stüardların otağında ola bilmədik. KİV-lə bağlı məsələlər və sürücülərin mətbuat konfransı var idi. Sürücüləri dinləmək və hamının fikrini almaq bir saat çəkdi. Stüardlar təmkinli davrandı. Digər insidentlərə və telemetriya məlumatlarına baxdılar. Öz aralarında danışdılar. Qərarı yazarkən səhv olmasın deyə yoxladıq. Sonra komandaları çağırıb qərarı onlara dedik. Vaxt tez keçir”.