FİA Renault komandasının baş mühəndisi Pət Simondsa toxunulmazlıq təklif edib: əgər o federasiyaya keçənilki Sinqapur Qran Prisində baş verənlər barədə məlumatları tam çatdırsa, onun barəsində heç bir cinayət işi qaldırılmayacaq – bunu Britaniyanın Autosport saytı anonim mənbəyə istinadən bildirib. Xatırladaq ki, komanda rəhbərliyi həmin yarışın nəticəsinə müdaxilədə günahlandırılır.
Belçika Qran Prisi günlərində Spada Simond FİA nümayəndələri və federasiyanın işə cəlb etdiyi Quest agentliyinin əməkdaşları tərəfindən dindirilib. Autosport-un bildirdiyinə görə, Simonds təsdiq edib ki, yarış günü həqiqətən onun, Flavionun və Nelsinyonun iştirak etdiyi görüş olub.
FİA stüardlarının məruzəsində deyilir: “Cənab Simonds etiraf edib ki, Pike ilə yarışın gedişində qəsdən qəzanın imkanalrını müzakirə edib, amma bildirib ki, bu təklifi Nelsinyo edib.”
Lakin Simonds həmin günün hadisələri ilə bağlı digər suallara cavab verməkdən çəkinib. Autosport-un ekspertləri hesab edirlər ki, Simondsa toxunulmazlıq ona görə təklif olunub ki, Simonds araşdırmaya kömək edəcək əlavə məlumatlar bilir.
Məruzədə deyilir: “Avqustun 27-də dindirilmə zamanı Simonds bildirib ki, stüardlara əlavə məlumat vermək, həmçinin, əvvəllər cavablandırmadğı suallara cavab vermək istəyir. Amma səhəri günü dindirilmə üçün çağırıldığı zaman cənab Simonds yenidən suallara cavab verməkdən imtina edib.”
Hələlik məlum deyil ki, Simonds toxunulmazlıq təklifini qədul edibmi. FİA prezidenti Maks Mosli rəsmən təsdiq edib ki, belə bir toxunulmazlıq təklifini Nelsinyo Pike qəbul edib…