F-1.az xatırladır ki, komandaların əksəriyyəti yeni gələn komandanın mükafat fondundan pul almasına etiraz edirlər.
Muhamməd ben Sulayem: “Deyirlər ki, yeni komanda bizim tortumuzdan bir dilim götürəcək. Bəs onlar nə istəyirlər? Bəlkə beş komandanı təpikləyək, onda qalanlarına daha çox pul düşsün? Bu vəziyyətə iki cür baxmaq olar. İstəyirəm ki, komandalar uğurlu olsun, pulun miqdarı nisbidir. Təsəvvür edin ki, büdcə cəmi 145 milyon dollarla məhdudlaşıb”.