FİA pit-stop vaxtını məhdudlaşdırmaqdan imtina edib

Keçən il pit-stoplardan çıxan zaman təkərlərin maşınlardan ayrılması ilə müşayiət olunan bir neçə insidentdən sonra bir neçə təhlükəsizlik tədbiri tətbiqi […]

Keçən il pit-stoplardan çıxan zaman təkərlərin maşınlardan ayrılması ilə müşayiət olunan bir neçə insidentdən sonra bir neçə təhlükəsizlik tədbiri tətbiqi irəli sürülmüşdü. Ən radikal tədbir pit-stopda minimal vaxtın məhdudlaşdırılması idi ki, mexaniklərin tələsmələrinə səbəb olmasın və onlar maşını trasa qaytarmazdan öncə tam yoxlasınlar. Birmingemdə Autosport İnternational Show zamanı yarışların direktoru Çarli Uaytinq bildirib ki, bu variant heç nəzərdən belə keçirilməyib…

Çarli Uaytinq: “Nürburqrinqdə Mark Uebberin maşınından təkərin ayrılmasından sonra biz belə bir variantı müzakirə etmişdik, amma inanmıram ki, bu variant nə zamansa tətbiq olunsun.

Bütün komandalar pit-stopu maksimum tez keçirməyə çalışırlar, amma düşünmürəm ki, pit-stop vaxtının uzadılması nəyisə dəyişəcək. Mexaniklər onsuz da təkərləri tez dəyişəcəklər və dünyanın ən sürətli idman növündə sürücünün maşında oturub gözləməsini görmək çox təəccüblü olardı.

Biz zəruri tədbirləri görmüşük. Bu il hər bir qaykaaçanda xüsusi düymə olacaq, mexanik işini başa vurduqdan sonra bu düyməyə basacaq. Əvvəllər mexaniklər baş barmaqlarını yuxarı qaldırırdılar, indi isə maşın boksdan bütün yaşıl işıqlar yandıqdan sonra çıxacaq. Əsas düymə isə komandanın digər bir nümayəndəsində olacaq, maşının tam hazır olmasından və pit-leynə çıxmağın təhlükəsiz olduğuna əmin olduqdan sonra həmin əməkdaş öz düyməsini basacaq.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*