FİA pit-leyndə sürətin aşağı salınmasını təsdiq edib

Beynəlxalq Avtomobil Federasiyası (FİA) təsdiq edib ki, artıq Macarıstan Qran Prisindən başlayaraq, uik-endin bütün günlərində pit-leyndə hərəkət sürəti 100 km/saatdan […]

Beynəlxalq Avtomobil Federasiyası (FİA) təsdiq edib ki, artıq Macarıstan Qran Prisindən başlayaraq, uik-endin bütün günlərində pit-leyndə hərəkət sürəti 100 km/saatdan 80 km/saata salınacaq. Bundan başqa pit-leyndə işləyən bütün komanda əməkdaşları dəbilqə geyinməlidirlər və onlar məhz maşınla iş üçün pit-leynə çıxa bilərlər.

Bu tədbirlər Nürburqrinqdə baş verən insidentə cavab olaraq qəbul olunub – xatırladaq ki, Mark Uebberin maşınına pis bağlanmış təkər maşından ayrılaraq FOM-un teleoperatoru Pol Allenə dəymişdi. Nəticədə Allenin qabırğaları və körpü sümüyü sınmışdı, amma gələcəkdə daha ciddi insidentlərin qarşısını almaq məqsədilə qaydalarda düzəlişlər edilib.

Reqlamentdəki bu dəyişiklikləri FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası təsdiq etmişdi və onların qüvvəyə minməsi 2014-cü ildən planlaşdırılırdı. Amma indi qərara alınıb ki, dəyişikliklər qarşıdakı Qran Pridən qüvvəyə minsin.

Qeyd edək ki, bu dəyişiklik komandaların taktikalarına ciddi təsir edəcək, sürət məhdudiyyəti müəyyən traslarda pit-leyndən keçidi 4-5 saniyə artıracaq, ona görə də komandalar yarışın gedişində boksa səfərlərini azaltmağa çalışacaqlar.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*