FİA pit-leyndə sürət həddini aşağı salmaq təklifini rədd edib

FİA pit-leyndə sıralanma turu və yarışda hərəkət zamanı sürət məhdudiyyətinin 100 km/saatdan 60 km/saata endirilməsi təklifini rədd edib. Keçən il […]

FİA pit-leyndə sıralanma turu və yarışda hərəkət zamanı sürət məhdudiyyətinin 100 km/saatdan 60 km/saata endirilməsi təklifini rədd edib.

Keçən il sportkarların Belçikada yarışı zamanı pit-leyndə mexaniklərdən biri faciəli şəkildə həlak olmuşdu, ona görə də bəzi komandalara FİA bu təklifi irəli sürmüşdülər, amma FİA-nın nümayəndəsi Çarli Uaytinq belə sərt məhdudiyyətə ehtiyac görmür, həm də Belçikadakı faciə maşının texniki nasazlığı üzündən baş vermişdi.

Ona görə də hər şey əvvəlki kimi qalacaq – Melburnda, Monakoda, Sinqapurda və Valensiyada uik-endin hər bir günündə sürət məhdudiyyəti 60 km/saat saxlanılıb, digər traslarda isə sıralanma turu və yarış zamanı məhdudiyyət 100 km/saat olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*