FİA Okonla insidentdən sonra qaydalara düzəliş edib

Azərbaycan Qran Prisinin son dövrəsində Esteban Okon təkərləri dəyişmək üçün pitə yollanmışdı - bu zaman pit yoluna kor döngədən çıxan sürücü az qala fotoqraflar və mexaniklərlə birlikdə pit-leynə daxil olan azarkeş kütləsi ilə toqquşmuşdu.

F-1.az xəbər verir ki, xoş təsadüf faciənin qarşısını almışdı, lakin gələcəkdə bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün FİA yarışın sonundakı proseduru ayrıca aydınlaşdırıb.

“Komanda mexaniklərinin soyuducu ventilyatorlarla birlikdə boksdan qapalı parka yarışın sonunda sonuncu maşın finiş xəttini keçənə qədər hərəkət etməsinə icazə verilmir.

Hər hansı digər komanda üzvlərinə və ya qonaqlara sonuncu maşın finiş xəttini keçənə qədər pit yoluna daxil olmağa icazə verilmir.

Bu qaydalardan hər hansı birinin pozulması komandanın (və ya komandaların) sonrakı mərhələlərə buraxılış hüququndan məhrum edilməsi və ola bilsin ki, pozuntu barədə stüardlara məlumat verilməsi ilə nəticələnəcək”, – FİA-nın Media Nümayəndəsinin bəyanatında deyilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*