FİA-nın Williams və Toyota-nın diffuzorlarına iddiası yoxdur

Yanvarın sonunda bəzi komandaların nümayəndələri Williams və Toyota-nın yeni maşınlarının reqlamentə uyğun olmasına şübhələrini bildirmişdilər və FİA-dan bu məsələ barədə […]

Yanvarın sonunda bəzi komandaların nümayəndələri Williams və Toyota-nın yeni maşınlarının reqlamentə uyğun olmasına şübhələrini bildirmişdilər və FİA-dan bu məsələ barədə izahat istəmişdilər. Komandalar FİA-nın texniki xidmətlərinin bu cür konsepsiyalara münasibətlərini bilmək istəyirdilər – əgər bu yeniliklər FİA tərəfindən dəstəklənsə, tezliklə digər komandalarda da eyni elementləri görmək olacaq. Jurnalistlərlə görüşündə FİA-nın prezidenti Maks Mosli vəziyyəti şərh edib…

Maks Mosli: “Federasiya qeyri-qanuni bir şey görməyib, amma bu o demək deyil ki, Melburnda rəqiblər protest qaldırmayacaqlar – reqlament dəyişərkən belə şeylər olur. Hazırda biz hesab edirik ki, Williams və Toyota-nın mühəndisləri reqlamenti özləri istədikləri kimi başa düşüblər, amma kimsə başqa cür başa düşə bilər və onda hər şey stüardların rəyindən asılı olacaq.

Bu maraqlı elementdir, qadağan olunmayan yerdə iki müstəvi alınıb və bunlardan biri asılqansız elementdən istifadə edir. Bizi texniki mütəxəssislər hesab edirlər ki, hər şey qaydasındadır, amma baxaq görək hər şey necə qurtaracaq.”

Britaniyanın Autosport həftəliyi yazır ki, daha bir komanda mövsümün startına belə bir yenilik hazırlayır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*