FİA-nın S.Fettelə bağlı rəsmi bəyanatı

Bu gün FİA-nın mətbuat xidməti Sebastyan Fettelin Jan Erik Verni Braziliya Qran Prisində ötməsilə bağlı rəsmi bəyanatını və bu ötmənin […]

Bu gün FİA-nın mətbuat xidməti Sebastyan Fettelin Jan Erik Verni Braziliya Qran Prisində ötməsilə bağlı rəsmi bəyanatını və bu ötmənin qanun pozuntusu ilə icra olunması barədə Ferrari-dən alınmış məktubunu dərc edib.

Yarışın direktoru və stüardların elə əvvəldən Fettelin heç bir qaydanı pozmamasına şübhələri olmayıb, çünki ötmə yerində yaşıl bayraqlar rejimi elan olunmuşdu, ona görə də yarışın gedişində stüardlara bu ötmə barədə şikayət daxil olmayıb.

FİA-nın bəyanatında deyilir: “Federasiya Scuderia Ferrari komandasının müraciətinə cavab olaraq bildirir ki, qeyd olunan insidentdə stüardların məsələyə qarışmasını tələb edən heç bir qanun pozuntusu olmadığı üçün bu insident yarışı idarəetmə mərkəzindən stüardların araşdırması üçün diqqətə alınmayıb.”

FİA tərəfindən Braziliya Qran Prisinin yekunları yarışın finişindən yarım saat sonra rəsmən bağlanmışdı – yəni stüardların imzaladıqları yarış protokolları federasiyaya təhvil verildiyi vaxt…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*