FİA-nın nümayəndəsi Masinin istefasını istisna etməyib

FİA-nın baş katibi Peter Bayer yarış direktorunu vəzifəsindən azad edilə biləcəyini deyib. Yekun qərar isə federasiyanın Əbu Dabi Qran Prisinin son dövrəsində baş verənləri ətraflı araşdırmasından sonra veriləcək.

F-1.az xəbər verir ki, Bayer bu barədə açıqlamasında Masi ilə tam vidalaşmadıqlarını bildirib: “Maykl bir çox sahələrdə çox yaxşı işlər görüb və biz onu itirmək istəmirik. Özünə də bunu demişik, lakin yeni yarış direktoru ehtimalı da var. Mən yalnız Ümumdünya Şurasına təkliflər verə bilərəm və Masinin adı da mütləq irəli çəkiləcək”.

O, həm də yarış direktoru vəzifəsinin birdən çox adama həvalə edilə biləcəyini də qeyd edib: “Yarış direktorunun məşğul olduğu çox iş var, buna görə də, bu vəzifə bir neçə nəfər arasında bolüşdürülə bilər. Beləliklə, iş yükü də azaldılmış olar. Komanda rəhbərlərinin yarış direktoru ilə əlaqəsini kəsmək istəmirik, lakin bir bufer yaradılmalıdır – onunla yox, məhz bu əlaqə üçün nəzərdə tutulmuş adamla əlaqə saxlamalıdılar, belə olduğu halda, direktor da fikrini tamamilə öz işinə cəmləyə biləcək”.

Bayer xüsusi olaraq vurğulayıb ki, bunlar FİA prezidentinə təqdim etməyə hazırlaşdığı mümkün təkliflərdir. Daha sonra onlar martın 18-də keçirilməsi planlaşdırılan Ümumdünya Şurasının iclasında irəli sürüləcək mövqeni razılaşdıracaqlar.

Mütəxəssis Mercedes-in appelyasiya şikayətini geri çəkməsi məsələsinə də toxunub: “Mercedes geri addım atmasa, nə baş verərdi? Çox güman ki, hakimlər Masinin reqlamentə uyğun olmayan qərar verdiyini bildirərək nəticəni ləğv edəcəkdilər”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*