Bu gün FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq jurnalistlərə bildirib ki, federasiya Ferrarinin arxa antiqanadının yeni konfiqurasiyasını araşdırır.
Skuderiyanın mühəndisləri hərəkətli elementin effektliyini reqlamentin separatorlar haqqında olan maddəsini başqa cür yozmaqla artıra biliblər – separator konstruksiyanın ayrı-ayrı elementlərini birləşdirir.
Sabah səhər sərbəst yürüşlərin əvvəlinə qədər FİA belə bir konstruksiyanın qanuniliyi və onun gələcəkdə istifadə edilməsi barədə qərar qəbul etməlidir.
Çarli Uaytinq: “Biz Ferrari-nin arxa antiqanadının yeni konfiqurasiyasını artıq görmüşük və bu məsələni araşdırırıq. Elementin gələcək istifadəsi bizim qərardan asılıdır – komanda reqlamenti özünəməxsus tərzdə yozub və indi biz qərar qəbul eləməliyik ki, bu element qaydalara uyğundurmu. Sabah səhər hər şey aydın olacaq.”