F-1.az bildirir ki, keçən yarışın finişindən sonra müsahibəsində uzun müddət Red Bull-un qanadını izlədiyini və qanadın elastik olduğunu, hava axını altında geriyə qatlandığını söyləmişdi.
Bundan sonra RB-nin başçısı Kristian Horner bildirmişdi ki, RB16B tam leqaldır və FİA-nın bütün elstiklik testlərinə cavab verir.
Amma dünən FİA komandalara məktub göndərərək bu testlərin sərtləşdirildiyini nəzərə çatdırıb. Fransa Qran Prisindən başlayaraq tətbiq olunacaq yeni testlər hansısa bir detala deyil, məhz arxa qanada ümumilikdə tətbiq ediləcək. Le Kastelledə maşının arxa qanadını 750N (təxminən 75 kq) qüvvə geriyə, 1000N (təxminən 100 kq) qüvvə isə aşağıya dartacaq – hər iki halda əyilmə 1 dərəcəni aşmamalıdır.