Beynəlxalq Avtoİdman Federasiyası BBC teleşirkətinə McLaren komandasının başçısı Martin Uitmarşın Avstraliya Qran Prisinin finişindən sonra verdiyi şərhləri federeasiyaya təqdim etməsi üçün müraciət edib. FİA-nın fikrincə, bu şərhlərdə stüardların aldadılması işində yeni faktlar üzə çıxa bilər.
Müraciətdə söhbət iki müsahibədən gedir. BBC Radio 5 üçün yarışın yekunlarını şərh edən Uitmarş deyib: “Təhlükəsizlik Maşınının arxasında Trullinin Toyota-sı trasdan çıxıb və Lyuis irəli düşüb. Onun buna haqqı var idi, amma sonradan Trulli öz mövqeyini qaytarıb və Stüardların fikrincə, məhz bu ötmə düzgün olmayıb. Hazırda onlar bu insidenti araşdırırlar, tezliklə biz biləcəyik ki, Lyuis üçüncü və ya dördüncü olub.”
BBC-in müxbiri Ted Kravitsə digər müsahibəsində Uitmarş deyib: “Trulli öz mövqeyini qaytarıb, Təhlükəsizlik Maşının arxasında bunu etmək olmaz və mən bilirəm ki, hazırda FİA bu məsələni araşdırır.”
Federasiyanın müraciəti heç də maraqlı deyil, bəs nə əcəb bu barədə mətbuata xəbər verilib?