FİA mühərriklərlə bağlı qaydalara dair səsverməni növbəti dəfə təxirə salıb

Çərşənbə axşamı, avqustun 2-də FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası elektron səsvermə yolu ilə 2026-cı ildə qüvvəyə minəcək güc qurğuları haqqında əsasnaməni təsdiq etməli idi. Lakin bu baş verməyib: açıqlanmayan səbəb üzündən səsvermə yeni tarixə - avqustun 8-nə keçirilib.

F-1.az xatırladır ki, güc qurğuları ilə bağlı reqlament hələ təsdiq edilmədiyinə görə Porsche və Audi şirkətləri Formula1-ə qoşulmaq barədə rəsmi açıqlama verə bilmirlər. Keçən ay bu şirkətlərin rəhbərləri reqlamentin təsdiqinin gecikdirilməsindən narazılıqlarını bildirmişdilər..

Hələ Kanada Qran Prisindən əvvəl FİA prezidenti Muhəmməd bin Sulayem və çempionatın rəhbəri Stefano Domenikali şəxsən Porsche və Audi rəhbərlərini ayrı-ayrı konfrans zənglərində əmin etmişdilər ki, Ümumdünya Şurası qaydaları iyulda təsdiq edəcək. Ancaq artıq avqustdur, lakin reqlament hələ də təsdiq olunmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*