FİA mühərrikin sıralanma turu rejimini qadağan edəcək

Federasiyanın bu barədə komandalara məlumat verdiyi və qadağanın 2021-ci ildən etibarən qüvvəyə minəcəyi bildirilir.

F-1.az bildirir ki, istehsalçılar motorun gücünün qısa müddət üçün artırılmasına imkan verən xüsusi sazlanmaları inkişaf etdirmək üçün xüsusi səy göstərirlər. Bundan yalnız sıralanma turunda istifadə olunur, çünki mühərrikin ömrünə mənfi təsir göstərir.

Bu sahədə ən böyük irəliləyişi Mercedes-in əldə etdiyini güman etmək olar. Red Bull komandasının rəhbəri Kristian Horner Macarıstan Qran Prisindən sonra bir dövrədə çempion komanda ilə aralarındakı fərqin yarışda 0.4 saniyə, sıralanma turunda isə 1 saniyə olmasından şikayət etmişdi.

Racefans-ın məlumatına görə, komandalar dünən FİA-nın baş katibi Piter Bayer tərəfindən imzalanmış məktub alıblar. Məktubda gələn ildən etibarən mühərrik sazlanmalarının sıralanma turunda və yarışda eyni olacağı bildirilib. Federasiya bu məhdudiyyətə əməl olunmasını sıralanma turu və yarış arasında “qapalı park” qaydasını tətbiq edərək nəzarətdə saxlayacaq.

Məktubda həm də Racing Point-lə bağlı olan məsələyə toxunulub – federasiyanın komandaların “kopyalanan maşınlar”-la bağlı narahatlıqlarını başa düşdüyü qeyd edilib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*