FİA mövsümün gedişində motorun təkmilləşdirilməsinə icazə verib

Hazırda Formula1 çempionatında iştirak edən Mercedes, Ferrari və Renault motor istehsalçılarına 2015-ci il mövsümünün gedişində güc qurğularını təkmilləşdirməyə icazə veriləcək, […]

Hazırda Formula1 çempionatında iştirak edən Mercedes, Ferrari və Renault motor istehsalçılarına 2015-ci il mövsümünün gedişində güc qurğularını təkmilləşdirməyə icazə veriləcək, çünki FİA texniki reqlamentdə “boşluqların” olmasını etiraf edib.

Hələ keçən ilin sonunda F-1.az yazmışdı ki, federasiya texniki reqlamentə dəqiqləşdirmə etməlidir. Yekunda FİA etiraf edib ki, texniki reqlamentin motorun dondurulma vaxtına aid olan maddələrində “boşluq” var və komandalar bu maddələri müxtəlif cür yoza bilərlər. Ona görə də federasiya bir daha komandaları xəbərdar edib ki, texniki reqlamentdə motorun mövsüm üçün son versiyasının təsdiq olunma tarixi dəqiq deyl.

Bu isə o deməkdir ki, motor istehsalçıları reqlamentdə nəzərdə tutulan dəyişik həcmini aşmamaq şərtilə bütün dəyişiklikləri mövsümün gedişində də edə biləcəklər.

Milad tətilləri ərəfəsində bütün komandalar Çarli Uaytinqdən nota alıblar, notada deyilir ki, “texniki reqlamentin 4-cü maddəsində mövsüm üçün hazırlanmış motorun təqdiq olunma tarixi dəqiq göstərilmədiyi üçün biz düşünürük ki, bu işi 2015-ci il mövsümünün istənilən tarixində etmək olar”.

Amma bu güzəşt yalnız Mercedes, Ferrari və Renault motor istehsalçılarına aiddir. FİA hesab edir ki, Honda öz motorunu fevralın 28-də federasiyada təsdiq etməlidir, necə digər istehsalçılar keçən il etmişdilər…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*