FİA McLaren-in Mercedes motorlarına keçməsi prossesini izləyəcək

Komandalar FİA ilə yeni reqlamnetin təxirə salınması və mövcud maşınlarla gələn il yarışmaq barədə razılığa gəliblər. Lakin McLaren bu şassidən istifadə edə bilməyəcək. Çünki komanda Mercedes motoruna keçir və dəyişikliklər qaçınılmazdır.

F-1.az bildirir ki, FİA bu keçidi nəzarətdə saxlayacaq – komandanın bu prossesdən xüsusi üstünlüklər əldə etməyəcəyinə əmin olmaq lazımdır. Komandanın rəhbəri isə bildirib ki, belə bir nəzarətə hazırdırlar.

Andreas Zaydl: “Yeni reqlamentə keçidin təxirə salınması planlarımıza təsir etdi. Mercedes motorunu yeni qaydalara uyğun maşına quraşdırmağı düşünürdük, lakin vəziyyət dəyişdi. Əlbəttə, yeni motoru yerləşdirərkən şassidə dəyişikliklər etmək imkanımız məhdud olacaq. FİA ilə razılaşmışıq – sadəcə yeni motor üçün vacib olan dəyişiklikləri edəcəyik və əlavə üstünlük qazanmamağımız üçün maşının qalan detallarına toxunmayacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*