FİA Honda-nın 1 şərti balını bərpa edib

FİA Suzukada Honda motorçularının mövsümün sonuna kimi işlədə biləcəyi 2 şərti balını bərpa etdiyini açıqlayıb.

F-1.az xatırladır ki, Honda Malayziyada mühərrik bloku və qazburaxma sistemində dəyişikliklər etmişdi. Honda bu yeniliklərlə bağlı FİA-ya 2 şərti bal işlətdiyini bildirmişdi. Fernando Alonso yeni mühərriyi ancaq cümə günü yoxlamış, şənbə və bazar günü is köhnə motora qayıtmışdı. Testlərin müsbət şəkildə yekunlaşmasının ardından yeni mühərriyi Yaponiya yarışı üçün hazırlamışdılar.

FİA-nın müfəttişləri Honda-nın bu dəyişiklikləri məhsuldarlığı artırmaqdan əlavə, həm də etibarlılığı artırmaq üçün etdiyini bildiriblər. FİA bu səbəbdən Honda-nın şərti baldan istifadə etməyə ehtiyacı olmadığını bildirib və 1 şərti balını geri qaytarıb. Beləliklə, Honda-nın istifadə edilməmiş 2 şərti balı qüvvədə qalıb. Hazırda sadəcə Ferrari bütün şərti ballarından istifadə edib. Mercedes-in mövsüm sonuna kimi istifadə edə biləcəyi 6, Renault-nun isə 18 şərti balı qalıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*