FİA mavi bayraq qaydalarına düzəliş edib

Birinci il deyil ki, dövrəvi sürücülərin yol verməsini tələb edən mavi bayraqlar qızğın müzakirələrə səbəb olur.

F-1.az xatırladır ki, keçən il liderlik üçün mübarizə aparan komandaların sürücülərindən dövrəvi sürücülərin onlara mane olması barədə kifayət qədər şikayətlər gəlmişdi. Bakıdakı yarışdan əvvəl qaydalara bir qədər düzəliş edilib. Bu gün Çarli Uaytinqin göndərdiyi məktubda belə yazılıb: “Sürətli sürücü dövrəvi sürücüyə 1.2 saniyə yaxınlaşdıqda, ona mavi bayraqlar (əlavə olaraq, trasda mavi işıqlar, kokpitdə mavi işıq siqnalları və sükanın monitorunda bildiriş mesajı) göstərilir. Dövrəvi sürücü ilk imkanda arxasındakı maşına yol verməlidir”.

Qeyd edək ki, bundan əvvəlki qaydalarda aradakı məsafə 1 saniyə olduqda mavi bayraqlar göstərilirdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*