FİA, Liberty Media və komanda rəhbərlərinin virtual konfransı baş tutub

Cümə axşamı FİA, Liberty Media və komanda rəhbərləri telefonla konfrans təşkil edərək mövsümün başlanma tarixi, Silverstounda 3 yarış keçirilməsi və büdcə limiti kimi məsələlərlə bağlı müzakirələr aparıblar.

F-1.az RaceFans-a istinadən bildirir ki, virtual toplantı 4,5 saat davam edib və bir çox məsələdə danışıqlar müsbət nəticələnib. İlk mövzu çempionatın başlanğıc tarixi ilə bağlı olub. Böyük ehtimalla, mövsümə iyulun 5-də Avstriyada, boş tribunalar önündə start veriləcək. Bu tarixi iyun ayına çəkmək təklifləri də olub, lakin Red Bull-un etiraz etdiyi bildirilir.

Fransa və Belçika yarışlarının başqa tarixlərə keçirilməsi məsələsinə də toxunulub. Çünki hər iki ölkədə əvvəlcədən yarışın planlaşdırıldığı vaxtlar üçün bütün tədbirlərin keçirilməsi qadağan edilib. Daha bir maraqlı müzakirə isə Avstriyadakı yarışdan sonra Silverstounda ardıcıl üç yarış keçirilməsi ilə bağlı olub. Çox güman ki, 2 fərqli konfiqurasiyadan istifadə ediləcək. Trasın tam fərqli konfiqurasiyaya salmağın çox xərc tələb edəcəyini nəzərə aldıqda, ikinci variant kimi, sürücülər ənənəvi hərəkət istiqamətinin əksinə yarışacaqlar. Buradakı yarışlar da azarkeşlərsiz baş tutacaq. Lakin Liberty Media britaniyalıların xərclərini azaltmaq üçün trası icazərə götürmək addımını ata bilər.

Bunlardan başqa, büdcə limiti məsələsi də müzakirə edilib. Hər bir komandaya müxtəlif büdcə limiti tətbiq edilməsi fikri qəbul edilməyib. Bunun əvəzində, gələnilki limit 175 milyon dollardan 145 milyon dollara salınacaq, 2022-ci ildə isə bu rəqəm 130 milyon dollar olacaq.

Konfransda o da bildirilib ki, 2021-ci ildən sonra komandalara maşın üzərində işləmək üçün yeni limitlər tətbiq ediləcək. Mövsümün sonunda Mühəndislər Kubokunda daha yuxarı yer tutan komandalar aerodinamik boruda aşağı yer tutan komandalarla müqayisədə, daha az işləyə biləcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*