FİA komandaların tətbiq etdikləri pit-stop metod və prosedurlarını dərindən təhlil etməyə başlayıb – məqsəd əlavə təhlükəsizlik tədbirləri hazırlamaqdır.
Bu yolla federasiya Nürburqrinqdə Almaniya Qran Prisi zamanı baş verən insidentə reaksiya verir – bir daha xatırladaq ki, pit-stop zamanı pis bağlanmış təkər Mark Uebberin maşından ayrılaraq FOM-un operatoruna xəsarətlər yetirmişdi.