F-1.az xəbər verir ki, lisenziyaya çatışmayan balları qazanmaq üçün Kolton Amerikanın Formula3 çempionatında yarışmağa hazırlaşıb.
Amerika Formula3 və Formula4 çempionatlarının rəhbəri Skott Qudyier Racer to Racer podkastında bildirib ki, FİA Hertaya gənclər seriyasında iştirak etməyə icazə verməyib.
“Bizim seriyaların iştirakçıları super lisenziya üçün yaxşı ballar qazanırlar. Hətta Amerika F3, F4 və ya Formula Regionalın qalibi İndy Lights Series titulundan daha çox bal dəyərindədir. İyul ayında Koltonun atası və meneceri Brayan Herta mənə zəng edərək oğlunun Formula3-də sürməsini təşkil edə biləcəyimizi soruşdu, çünki ona super lisenziya üçün bal lazım idi.
Biz müraciəti təsdiqlədik, lakin Kolton FİA-dan iştirak üçün icazə ala bilmədi. Qərar xoşagəlməz oldu, çünki Formula3-dəki komandalar və sürücülər çox sevindilər və güclərini ən yaxşı sürücülərdən biri ilə müqayisə etmək fürsətini səbirsizliklə gözləyirdilər”.
Xatırladaq ki, Kolton Herta super lisenziya almadığından AlphaTauri komandası Alpine-ə gedən Pyer Qaslininin yerinə Nik de Frizlə müqavilə bağlayıb.