FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq Barselonada bildirib ki, federasiya diffuzorların işinə təsir edən qazburaxma sisteminin effektliyinin məhdudlaşdırılması fikrindən əl çəkən deyil.
Bundan başqa, onun fikrincə, ən azı doqquz komanda reqlamenti pozan texnologiyalardan istifadə edir. Uaytinq qeyd edib ki, yaranmış vəziyyətin müzakirəsi iyunun 16-da Texniki işçi qrupun iclasında müzakirə olunacaq – iclasda vəziyyətin tədricən düzəldilməsi planı qəbul olunacaq.
FİA-nın bu məsələdə qəti və sərt mövqeyinə baxmayaraq, ekspertlər istisna etmirlər ki, federasiya müəyyən kompromislərə getməli olacaq…