FİA gənc sürücülərin işini çətinləşdirib

FİA 2018-ci ildə debütant sürücülərin sərbəst yürüşlərdə çıxışlarını çətinləşdirmək üçün yeni süper lisenziya qaydaları qəbul edib.

F-1.az xatırladır ki, daha əvvəl 2 gün ərzində Formula1 bolidi ilə 300 km məsafə qət etmiş sürücülər sərbəst yürüşlər üçün super lisenziya ala bilirdilər.

Lakin gələn ildən etibarən sürücülər Formula2-də ən azı 6 yarışda iştirak etməli və 3 il ərzində 25 super lisenziya xalı toplamalıdırlar. Əgər bu qaydalar 2017-ci ildə keçərli olsaydı, Force İndia ilə sərbəst yürüşlərdə iştirak edən Alfonso Selişə icazə verilməzdi. Amma Toro Rosso-da çıxış edən Şon Gelaelin isə 25 super lisenziya xalı olduğu üçün sərbəst yürüşlərdə iştirak edə biləcəkdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*