Bu gün Parisdə keçirilmiş FİA-nın Ümumdünya Şurasının iclasında gələn mövsümün təqviminə edilmiş dəyişikliklər müzakirə olunub və qərara alınıb ki, Monako Qran Prisi bir həftə əvvələ – mayın 16-na keçirilsin. FİA eyni zamanda Abu Dabi və Braziliya Qran Prilərinin yerini dəyişmək təklifini də bəyənib. Yaxın günlərdə isə federasiya Formula One Management (FOM) şitkərindən Kanada və Böyük Britanıya yarışılarının keçirilməsini təsdiq etməsini gözləyir. Bundan başqa Cənubi Koreyada tikiləcək yeni tras FİA-nın təftişinə məruz qalacaq…
Gələn mövsüm təqviminin ilkin versiyası:
1. 14 mart – Bəhreyn Qran Prisi (Saxir)
2. 28 mart – Avstraliya Qran Prisi (Melburn)
3. 4 aprel – Malayziya Qran Prisi (Sepanq)
4. 18 aprel – Çin Qran Prisi (Şanxay)
5. 9 may – İspaniya Qran Prisi (Barselona)
6. 16 may – Monako Qran Prisi (Monte Karlo)
7. 30 may – Türkiyə Qran Prisi (İstanbul)
8. 13 iyun – Kanada Qran Prisi (Monreal)
9. 27 iyun – Avropa Qran Prisi (Valensiya)
10. 11 iyul – B.Britaniya Qran Prisi (Doninqton)
11. 25 iyul – Almaniya Qran Prisi (Hokkenhaym)
12. 1 avqust – Macarıstan Qran Prisi (Hunqarorinq)
13. 29 avqust – Belçika Qran Prisi (Spa)
14. 12 sentyabr – İtaliya Qran Prisi (Monsa)
15. 26 sentyabr – Sinqapur Qran Prisi (Sinqapur)
16. 03 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
17. 17 oktyabr – Cənubi Koreya Qran Prisi (Seul)
18. 31 oktyabr – Abu Dabi Qran Prisi (Abu Dabi)
19. 14 noyabr – Braziliya Qran Prisi (İnterlaqos)
İstənilən halda bu versiya da son deyil, təqvimin son versiyası dekabr ayında FİA-nın Ümumdünya Şurasının iclasında təsdiq olunacaq…семирного совета по автоспорту.