FİA F.Streyffin tənqidinə cavab verib

FİA keçmiş Formula1 sürücüsü Filipp Streyffin tənqidinə reaksiya verib – xatırladaq ki, Streyff Radio Free kanalının efereində bildirmişdi ki, Jül […]

FİA keçmiş Formula1 sürücüsü Filipp Streyffin tənqidinə reaksiya verib – xatırladaq ki, Streyff Radio Free kanalının efereində bildirmişdi ki, Jül Byankinin qəzasını araşdrıan komissiyanın hesabatı elə tərtib olunub ki, federasiyanın səhvləri ört-basdır edilsin. Bu gün Beynəlxalq Avtoİdman Federasiyası (FİA) bildirib ki, 59 yaşlı böhtan yaymaqda ittiham olunaraq məhkəməyə verilib.

F-1.az federasiyanın yaydığı mətbuat relizini nəzərinizə çatdırır: “FİA, onun prezidenti Jan Todt, onun Tibb Komissiyasının sədri Jerar Seyyan hələ də Filipp Streyffin böhtanlarına təəccüb edirlər. Streyffin sözlərini KİV yayıb, ona görə də FİA, Jan Todt və Jerar Seyyan rəsmən bəyan edirlər ki, Filipp Streyffin yaydığı yalan, böhtan və təhqir dolu ittohamları əsassızdırlar. Bundan başqa bu ittihamlar federasiyanın imicinə zərbə vurmaq arzusundan xəbər verir.

İttihamların ciddiliyini nəzərə alaraq, federasiyanın rəsmiləri vəkillərə müraciət edərək Streyffin yaydığı yalanların qarşısını almaq və onu cərimə etmək məcburiyyətindədirlər, ona görə də məhkəmə işı qaldırılıb. FİA rəsmiləri təəssüf edirlər ki, bütün bu yalanlar Jül Byankinin ailəsinə də ağır təsir edib.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*