Sabah Londonun Hitrou aeroportunda FİA prezidenti Maks Moslinin komanda nümayəndələri və Berni Ekklstounla görüşü baş tutmalıdır. Görüşün məqsədi kompromisin axtarışıdır, bu kompromis ikili reqlamentin əleyhinə olan komandaların çempionatdan gedişinin qarşısını almalıdır. Vaxt az qalıb, tərəflərin görüşündən düz bir həftə sonra gələn ilin çempionatında iştirak etmək üçün ərizələrin veirilməsi başlayacaq.
Vəziyyət komandalar və Ekklstoun tərəfindən aktiv şərh olunur, Maks Mosli öz mövqeyini federasiyanın texniki məsləhətçisi Toni Parnell tərəfindən bildirib, amma oğlunun qəfil ölümündən sonra jurnalistlərlə danışmayıb. Görüş ərəfəsində Britaniya mətbuatı Berni Ekklstoundan sitatlar dərc edir…
Berni Ekklstoun: “Ferrari – Formula1-də həlledici faktordur, onlar çempionatda altmış ildir ki çıxış edirlər və son illər ərzində bizim tərəfdarımız olublar, onların rəyini nəzərə almaq lazımdır. Hələlik hər bir kəs öz mövqeyini qoruyur, amma biz mübaisəli məsələləri həll etməliyik və hər şey qaydasında olaacq.”
İki komanda – Ferrari və Renault FİA-nın Ümumdünya Şurasının qəbul etdiyi qərarlarda dəyişiklik edilmədiyi təqdirdə çempionatı tərk edəcəklərini rəsmən bəyan ediblər, Red Bull və Toyota isə bu barədə şifahi bildiriblər. Sabahkı görüş göstərəcək ki, belə çətin vəziyyətdə kompromis tapmaq mümkündürmü…