FİA Ferrari və Red Bull-un elastik qanadını araşdırır

Buna səbəb hər 2 komandanın qaydalara riayət etməməsi barədə çıxan xəbərlərdir.

F-1.az xəbər verir ki, bəzi iddialara görə, müəyyən komandalar elastik qanad qaydalarına tam olaraq riayət etmirlər və bu vəziyyət FİA-nın diqqətini cəlb edib.

Auto Motor und Sport-un xəbərinə görə isə, Ferrari-nin elastik arxa qanadı və meymun oturacağı yüksək sürət zamanı bolidə aerodinamik üstünlük verir. Müxbir Mişel Şmidt də bildirir ki, Red Bull-un ön qanadındakı detallar da diqqət çəkir.

FİA bütün testlərdən uğurla keçməsinə baxmayaraq, bu 2 komandanı yaxından izləyir. Qaydalara görə, komandaların qanadın elastikliyindən üstünlük qazanması qadağandır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*